Ukraynada güllələnən azərbaycanlı tələbələr ölkədən deportasiya olunub

img

03-09-2020 [14:15]


Ukraynanın paytaxtı Kiyevdə bir müddət əvvəl silahlı indidentə məruz qalan Azərbaycan vətəndaşları Nicat Kərimov və Azər Abbasov ölkədən deportasiya olunublar.

Kiyev şəhər Peçerskiy rayon polisindən verilən məlumata görə, hər iki şəxs polis tərəfindən saxlanıldıqdan sonra istintaqın rəyi əsasında barələrində məhkəmə tərəfindən Azərbaycana deport olunma qərarı verilib.

Deportasiya səbəb olaraq xuliqanlıq və hüquq-mühafizə orqanlarına fərqli ifadələr verməklə istintaqın gedişini yayındırmaq göstərilib.

Xatırladaq ki, iyulun 24-də gecə Kiyev şəhərində iki nəfər azərbaycanlı tələbə naməlum şəxslər tərəfindən odlu silahdandan açılan atəş nəticəsində yaralanmışdılar. Şahidlərin ilkin ifadəsinə görə, hadisəni törədən Ermənistan nömrəsi olan avtomobildə olan şəxslər olmuşdu/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA