Gülhanə Tibb Fakültəsinə və Rusiya Hərbi Tibb Akademiyasına müsabiqə elan olunub - DİM-dən açıqlama

img

03-09-2020 [12:43]


Azərbaycan Respublikası ilə Türkiyə Respublikası və Rusiya Federasiyası arasında hərbi təhsil sahəsində bağlanmış müqavilələrə əsasən, 2020/2021-ci tədris ilində Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunub.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən xəbərə görə, müsabiqədə 2020-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 30 (otuz) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq.

Seçim zamanı uğur qazanmış 10 (on) namizədin Gülhanə Tibb Fakültəsində, 2 (iki) namizədin isə Hərbi Tibb Akademiyasında təhsil almağa göndərilməsi planlaşdırılır.

Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 il, Hərbi Tibb Akademiyasında isə təhsil müddəti 7 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Seçilmiş namizədlər hərbi and içir və Azərbaycan ordusunda kursantların həqiqi hərbi xidmətinə daxil olurlar. Fakültələrdən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər sentyabr ayının 10-dək şəxsiyyəti təsdiq edən sənədin əsli ilə Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA