Azərbaycanlıların Almaniyadan deportasiyası təxirə salındı

img

03-09-2020 [11:50]


Ötən gecə Almaniyanın Düsseldorf şəhərindən Azərbaycan vətəndaşlarının xüsusi təyyarə reysi ilə deportasiya edilməsi baş tutmayıb.

Məlumata görə, gecə saat 02:00 radələrində 20-yə yaxın Azərbaycan vətəndaşı Düsseldorf hava limanına gətirilsə də, planlaşdırılan xüsusi reys təxirə salınıb.

Nəticədə onlar yenidən polis və miqrasiya polisinin müşayiəti ilə müvəqqəti olaraq Düsseldorf şəhər Miqrasiya İdarəsinin sığınacaq axtaranlar üçün nəzərdə tutulan yataqxanalardan birinə yerləşdiriliblər.

"Deportasiya prosesinin hansı səbəblərə görə təxirə salınmasının səbəbi açıqlanmayıb. Ancaq Azərbaycan vətəndaşlarının Düsseldorf şəhər hava limanına yaxın yataqxanaya yerləşdirilməsi onu deməyə əsas verir ki, növbəti həftə deportasiya üçün nəzərdə tutulan xüsusi Düsseldorf - Bakı reysi həyata keçirilə bilər", - məlumatlı mənbə "Report"a bildirib. 

Qeyd edək ki, koronavirus pandemiyası dövründə 5 azərbaycanlı Almaniyadan deportasiya olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA