Ermənistanda daha 196 nəfərdə koronavirus aşkarlanıb

img

03-09-2020 [11:06]


Ermənistanda daha 196 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 271-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 887-yə çatıb. İndiyədək 38 855 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 4 258 aktiv koronavirus xəstəsi var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR