Nazir daha iki şöbə müdirini vəzifələrindən azad etdi - Nöqsana görə

img

02-09-2020 [23:55]


Təhsil naziri Emin Əmrullayev iki təhsil şöbə müdirinin əmək müqaviləsinə xitam verib.

Məlumata görə, Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov  və Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynovun əmək müqaviləsinə xitam verilib. 

Belə ki, çalışmanın yaş həddinə çatmış hər iki təhsil şöbə müdirlərinin fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində onların dövründə Bərdə və Samux rayonları üzrə təhsil nəticələrinin qənaətbəxş səviyyədə olmadığı ortaya çıxıb və  onlarla bağlanmış əmək müqaviləsinin növbəti müddətə uzadılması məqsədəmüvafiq hesab edilməyib/Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR