Emin Əmrullayev ona vəzifə verdi - Nazirlikdə daha bir dəyişiklik + FOTO

img

02-09-2020 [19:25]


Təhsil nazirinə yeni müşavir təyinatı olub.

Məlumata görə, nazir Emin Əmrullayevin əmri ilə Kənan Kərimzadə bu vəzifəyə gətirilib.

Qeyd edək ki, K.Kərimzadə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi (fərqlənmə) əldə edib. O, 2017-2019-cu illərdə ABŞ-ın nüfuzlu CFA İnstitutunda investisiyaların idarəedilməsi sahəsində təhsil alıb və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasına sahibdir.

2013-2016-cı illərdə “Capital Motors” MMC-də Maliyyə analizi üzrə mütəxəssis, 2016-2018-ci illərdə “PMD Group” MMC-də İnvestisiyalar üzrə baş mütəxəssis, rəhbər və departament menecerinin müavini, 2019-cu ildən isə “P.M.D” MMC-də Strateji planlaşdırma və Təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb/Report. 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA