Gömrükçülər Gürcüstandan gələn şəxsdə marixuana aşkar edib

img

02-09-2020 [15:20]


Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə “Report” DGK-ya istinadən xəbər verir.

Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn "Mercedes Benz Atego" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin üzərindəki yük qismində olan "Chevrolet Curuze" markalı minik avtomobilində kağız bükümdə ümumi çəkisi 6,3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR