Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq?

img

02-09-2020 [13:45]


Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq ölkə xaricində seçki məntəqələrinin açılması məsələsini nəzərdən keçirir.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında MSK-nın mətbuat katibi Ana Mikeladze deyib.

O, bununla bağlı Gürcüstanın Xarici İşlər Nazirliyi ilə birgə iş aparıldığını bildirib: “Digər ölkələrdə seçki məntəqələrinin yaradılması mümkünlüyü araşdırılır. Gürcüstanın Azərbaycandakı səfirliyində məntəqənin açılması daxili tənzimləmələr və ölkədəki koronavirusla bağlı vəziyyətdən asılı olacaq. Ölkədən kənarda seçkilər üzrə səsvermənin təşkili barədə yekun qərar hələ qəbul edilməyib”.      


Digər xəbərlər
SON XƏBƏRLƏR