Sabahın hava proqnozu açıqlandı

img

02-09-2020 [13:22]


Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz  29-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA