"Dolanışıq, balasına çörək aparmaq üçün..." - İqbal Ağazadə də BNA-nın planına qarşı çıxdı

img

02-09-2020 [12:57]


Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi xidməti ilə bağlı vahid tarif və vahid dispetçer mərkəzinin yaradılması barədə təklifi ictimai müzakirələr səbəb olub. Əksəriyyət bu təklifi taksi fəaliyyətinin monopoliyanın alınması, bu sahədə çakışan yüzlərlə vətəndaşın işsiz qoyulması kimi qiymətləndirir. 

Məsələyə Ümid Partiyasının sədri İqbal Ağazadə də münasibət bildirib.

“Bakı Nəqliyyat Agentliyinin taksi şirkətləri ilə bağlı qərarı sərnişindaşıma xidmətilə məşğul olan şirkətlərin və sürücülərin haqlı narazılığına səbəb olub.

İlk növbədə onu qeyd edim ki, uzun illərdir Milli Məclisdən tələb olunmasına baxmayaraq, "Rəqabət haqqında" Qanun qəbul olunmur.

O cümlədən BNA-nın yanaşması qüvvədə olan "Haqsız rəqabət haqqında" Qanunun tələblərinə də ziddir.

İş tapa, ailəsini dolandıra bilməyən çoxsaylı insanlarımız məcburiyyət qarşısında qalıb taksi fəaliyyəti ilə məşğul olurlar.

Taksi sürücüləri içərisində həkim, müəllim, iqtisadçı, mühəndis və s. peşə sahiblərinə hər gün rast gəlirik.

Təəssüf ki, vətəndaşlarımız son ümid yeri kimi taksi fəaliyyətini seçməli olurlar - dolanışıq, balasına çörək aparmaq üçün. Bu imkanı da onların əlindən almağa kimsənin haqqı yoxdur. Çıxış yolu bu deyil”, - deyə partiya sədri vurğulayıb. 

İqbal Ağazadə bu məsələ ilə bağlı illər öncə irəli sürdüyü təklifi yenidən xatırladıb:

“Azərbaycanda üç avtomobil zavodu var. Təklif etmişdim ki, ölkədaxili fəaliyyət göstərən taksi şirkətləri yalnız yerli avtomobilləri alsınlar və tədricən bütün taksilər yerli istehsaldan formalaşsın. Bu həm ölkədaxili istehsala, həm rəqabətə, həm də işsizliyin aradan qalxmasına yardım edəcək. Kimsə iddia etməsin ki, yerli avtomobillərin keyfiyyəti aşağıdır və ya standartlara uyğun gəlmir. Əgər belədirsə, onda niyə bu sahəyə milyonlarla vəsait qoyulub? Əgər bir avtomobil zavodunun istehsalı taksi xidmətinə yaramırsa, nədən dövlət vəsaiti ora yönəldilib?”/Yenisabah.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR