"Messinin etdiyi futbol tarixinin ən böyük xəyanətidir"

img

02-09-2020 [11:57]


İspaniyalı jurnalist Edu Agirre "Barselona"nın ulduz futbolçusu Lionel Messini xəyanətdə ittiham edib. 

 Agirre "Marca"ya açıqlamasında 33 yaşlı hücumçunu sərt təndiq edib.

Agirre Kataloniya təmsilçisində Messi üçün hər şəraitin yaradıldığı halda, azarkeşlərin belə hərəkətə layiq olmadğını söyləyib: "Messinin yorulduğunu söyləməyə ehtiyac yoxdur. Axı, nədən bezib? Yaxşı maaşdan? Onun maddi iştahı üzündən klubun girova çevrilməsindən? Özünə istədiyi məşqçilərlə daim məsləhətləşib gətirilməsindən? Messinin etdiyi futbol tarixinin ən böyük xəyanətidir".

Jurnalistin fikrincə, argentinalı oyunçunun komandadan ayrılması üzündən hamı: futbol da, "Barselona" da, İspaniya da uduzaq. 

Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə razılaşdığını yazıb. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR