21 yaşlı qızını nazir müavini təyin edən Ramzan Kadırov: "O, zəngin təcrübəyə sahibdir”

img

02-09-2020 [10:49]


Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 21 yaşlı qızı Ayşat Kadırovanı Mədəniyyət nazirinin birinci müavini təyin edib.

Bu barədə Kadırov Teleqram kanalında məlumat verib: “Ayşatın yeni vəzifəyə təyin olunması qəti verilmiş qərardır. Gənc olmasına baxmayaraq, mədəniyyət sahəsi daxil olmaqla, ən mürəkkəb və irimiqyaslı layihələrin idarəedilməsində zəngin təcrübəyə sahibdir”.

Ramzan Kadırovun sözlərinə görə, müvafiq qərar Çeçenistanın Mədəniyyət naziri Xoj-Baudi Daayevin təşəbbüsü ilə imzalanıb.

Qeyd edək ki, Ayşat Kadırova  “Firdaw” moda evinin sahibidir/Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR