ABŞ Kiprə silah embarqosunu qaldırdı, Türkiyə sərt bəyanat yaydı: "...gərəkli addımları atmaq məcburiyyətində qalacağıq"

img

01-09-2020 [23:07]


"Şərqi Aralıq dənizində gərginlik davam edərkən, ABŞ-ın Kiprin yunan bölgəsinə silah embarqosunu qaldırması müttəfiqlik ruhu, eyni zamanda, adada bərabərlik və problemin həllinə yönəlik planlara uyğun deyil".

Mia.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, ABŞ müttəfiqlik ruhunu uyğun olaraq bölgədəki barışın sağlanmasına dəstək olmalı və silah embarqosu ilə bağlı qərarına təcili yenidən baxmalıdır: "Bu qərar adada bərabərlik və tarazlığı yox saymaqdır. Odur ki, ABŞ bu qərarını gözdən keçirməldiir. Əks halda, Türkiyə təminatverici ölkə olaraq, tarixi və hüququ addımlardan yola çıxaraq, Kipr türklərinin qorunması üçün gərəkli addımları atmaq məcburiyyətində qalacaq".

Xatırladaq ki, bu gün az əvvəl ABŞ Kiprə qarşı silah embarqosunu qismən ləğv edib.

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo və Kipr prezidenti Nikos Anastasiadis arasında baş tutan telefon danışığının yekunları üzrə ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequs bildirib.

M.Ortequsun sözlərinə görə, Anastasiadislə Pompeo telefon danışığı zamanı ABŞ və Kipr arasında təhlükəsizlik sahəsində münasibətləri müzakirə ediblər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR