Bəhruz Bəhramova yeni vəzifə verildi -  ARDNF-də təyinat

img

01-09-2020 [18:18]


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoruna yeni müşavir təyin edilib.

Fonddan Mia.az-a verilən məlumata görə, bu vəzifəyə təyin olunan Bəhruz Bəhramov 2016-cı ildən hazırkı tarixədək ARDNF-in Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

Daha öncələr Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-in Risklərin İdarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.

ARDNF-in İcraçı direktorunun müşaviri Azərbaycan Dövlət İqtisad Universiteti və Fransanın Nitsa-Sofiya Antipolis Universitetlərində iqtisadiyyat üzrə bakalavr təhsilini, Nitsa-Sofiya Antipolis Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsini alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR