Müdafiə naziri əfv edildi

img

04-11-2013 [10:28]


Gürcüstan Prezidenti Mixail Saakaşvili Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayanı əfv edib. ANS PRESS-in gürcü mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə prezident administrasiyasının rəhbəri Andro Barnov jurnalistlərə bildirib. 

Barnov bildirib ki, keçmiş nazir ölkədə vəziyyəti stabilləşməsi üçün çalışıb və o "qanuni oğrularla" mühakimə edilməli deyil. Onun sözlərinə görə, dövlət ittihamçısı ona qarşı irəli sürülən ittihamların heç birini sübut edə bilməyib.

"Bir il ərzində bütün cəhdlərinə baxmayaraq prokuror heç nəyi sübut edə bilməyib.Axalayanın prokurorluqda olan dələduzluq üzündən absurd ittiama görə şübhəli olması təssüf doğurur".

Əfvlə bağlı prezidentə keçmiş nazirin ailə üzvləri müraciət ediblər. Axalayanın vəkilinin sözlərinə görə, o 2006-cı ildə həbsxanada baş verən üsyan zamanı məhkumlarla sərt davranması barədə ittihamları qəbul etməkdən imtina edib.

Bundan öncə Mixail Saakaşvili Axalayanın həbsxanadakı "qanuni oğrularla" mübarizə apardığı üçün onun əfvini özünə borc bildiyini demişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA