Qızına nişan mərasimi keçirən şöbə müdirinə töhmət verildi

img

01-09-2020 [15:28]


Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarını pozaraq ev şəraitində 19 nəfərdən ibarət yığıncaq təşkil edib. 

Mia.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, qeyd edilənlər nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Mətanət Misirxanovaya töhmət verilib.

Xatırladaq ki, şöbə müdiri həmin vaxtı qızına nişan mərasimi keçirib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR