Azərbaycana gətirilən tibbi maskalara gömrük rüsumu tətbiq olunacaq

img

01-09-2020 [14:55]


Azərbaycana gətirilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar 15 faiz idxal gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal omenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, tibbi maskaların 1 ədədinə isə 0,03 dollar idxal gömrük rüsumu tətbiq olunacaq.

Qərar 31 dekabr 2021-ci ilə qədər qüvvədədir.

2021-ci il dekabrın 31-dən sonra iisə Azərbaycana gətirilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar və tibbi maskalara 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR