Kosovoda seçkidə qan töküldü

img

04-11-2013 [10:24]



 
Kosovoda noyabrın 3-də keçirilmiş bələdiyyə seçkisi gərgin qarşıdurmalarla müşayiət olunub. 2008-ci ildə Serbiyadan qoparılaraq müstəqilliyini elan etmiş bölgənin 38 icmasında məclis və mer seçkisinə 33 siyasi partiya, 52 vətəndaş cəmiyyəti birliyi, 2 koalisiya və müstəqil namizədlər qatılıb. Seçkidə serb azlığı da qismən iştirak edib.

"Media forum” saytının məlumatına görə, Kosovonun yenidən Serbiyaya birləşdirilməsinin tərəfdarı olan qüvvələr seçki prosesinə kəskin müdaxilələrə yol verib. Zveçan, Zubin-Potok, Kosovska-Mitrovitsa şəhərlərində seçki məntəqələrinə hücum olub. Serbitsada bələdiyyə üzvlüyünə namizəd Bekim Birinksxiki öldürülüb, mer postuna namizədlərdən biri isə yaralanıb.

1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovo 2008-ci il fevralın 17-də müstəqilliyini elan edib. 100-dən çox ölkə Kosovonun müstəqilliyini tanıyıb. Ancaq dünya birliyinin bu məsələdə rəyi haçalanıb. Bir sıra dövlətlər, o cümlədən Azərbaycan Kosovonun müstəqilliyini tanımır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA