Bakıda şirkət rəhbərliyi prokurorluğa verildi

img

01-09-2020 [11:25]


Xətai rayonu Nobel prospekti 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

Məlumata görə, xidmətin rəisi Hikmət Əlizadə həmin ünvanda “Real-Park” MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyi və təbiətə 14 880 manat məbləğində ziyan dəydiyini deyib. 

O qeyd edib ki, faktla bağlı MMC barəsində akt tərtib edilib: "Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Qeyd edək ki, “Real-Park” MMC tikinti şirkətidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR