TÜRKİYƏ AVROPA VƏ YUNANISTANA MEYDAN  OXUDU - Şərqi Aralıq dənizində növbəti dəfə NAVTEX elan olundu

img

31-08-2020 [23:27]


Türkiyə Şərqi aralıq dənizində neft-qaz axtarışı aparan "Oruc rəis" gəmisinə görə növbəti NAVTEX elan edib.

Mia.az xəbər verir ki, yeni qərara əsasən, "Oruc Rəis" sentyabrın 12-dək ərazidə fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyəti Yunanıstanı və onun yaxından dəstəkçiləri olan bəzi Avropa ölkələrini həddən ziyadə narahat eidb. Həttə Avropa Birliyi bəyanat verərək, Türkiyəni sanksiya ilə hədələyib, geri addım atılmazsa, sentyabrın 24-ü keçiriləcək iclasda sanksiyaları qanuniləşdirə biləcəklərinə eyham vurublar.

Bunun ardınca Yunanıstan Türkiyəyə ən yaxın sərhədi olan Meis adasına böyük sayda qüvvə toplamağa başlayıb. Hətta Fransa və BƏƏ -də yunanlara dəstək üçün hava və dəniz qüvvələri göndəriblər. 

Lakin Türkiyə geri çəkilmək əvəzinə, bu gün növbəti NAVTEX elan etməklə, hər cür savaşa hazır olduğunu yenə də göstərmiş oldu.

Onu da qeyd edək ki, Ərdoğan bir neçə gün əvvəl savaşdan qorxmadıqlarını deyib və əlavə edib ki, "bədəl ödəməyi göz önünə alan dövət varsa, qarşımıza çıxsın".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR