Azərbaycanda daha bir sahədə bahalaşma yaradılır: taksilərin qiyməti rəsmən qaldırılır
31-08-2020 [20:30]
Bakı Nəqliyyat Agentliyi (BNA) taksi xidməti ilə bağlı hazırladığı konsepsiyanın reallaşdırılmasından sonra paytaxtda bu xidmətin bahalaşacağı ilə bağlı deyilənlərə münasibət bildirib.
Mia.az- ın məlumatına görə, bu barədə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Report”a açıqlamasında deyib ki, konspesiyada əksini tapmış məsələlər – həm mövcud problemlər, həm də onların həll yolları ilə bağlı təhlillər aparılıb, sürücülər arasında sorğular keçirilib.
“Bu cür kompleks təhlillər əsasında bu gün taksi xidmətinin real mənzərəsi müəyyən edilib. Reallıq isə ondan ibarətdir ki, bu gün “Çağrı Mərkəzi” kimi fəaliyyət göstərən yerli və xarici operatorlar daha çox müştəri eldə etmək məqsədi ilə taksilərdə tənzimlənməyən, aşağı qiymətlər təklif etməklə qeyri-sağlam rəqabət mühiti formalaşdırıblar.
Bu proses, həm sifarişli şirkətlərlə əməkdaşlıq etməyən taksi sürücülərinin, həm də, sözügedən operatorlarla çalışan taksi sürücülərinin sosial rifahına mənfi təsir göstərir. Belə şirkətlərlə əməkdaşlıq, tənzimlənməyən əmək münasibətləri və qanunvericiliklə müəyyən olunan iş saatlarından artıq işə gətirib çıxarır ki, bu da, öz növbəsində, sərnişinlərin təhlükəsiz və keyfiyyətli xidmət əldə etmələrinə mane olur. Bundan əlavə, mövcud qiymət uyğulaması nəqliyyat vasitələrinin istismarı və müntəzəm texniki baxışa dair tələblərinin ödənməsində də sürücülərə çətinliklər yaradır.
Qeyd olunanları nəzərə alaraq, taksi fəaliyyətini tənzimləyən vahid tarif sisteminin yaradılması təklif olunur. Sistemin konsepsiyasına uyğun olaraq müvafiq qurumlar tərəfindən tənzimlənən və icrası nəzarətdə saxlanılan minimal və maksimal həddi müəyyən edən vahid tarif sisteminin formalaşdırılması təklif olunur. Vahid tarif sistemi formalaşdıqdan sonra artıq bazarda fəaliyyət göstərən operatorlar bazarla müəyyən edilən minimal və maksimal həddən aşağı qiymətlər təklif edə bilməyəcəklər.
Bunun əvəzinə, bazarın tələblərinə uyğunlaşaraq keyfiyyətli xidmət göstərməklə sağlam rəqabət aparacaqlar. Eyni zamanda, hal-hazırda tariflərin bazarla tənzimləmə mexanizmlərinin qanunvericiliklə müəyyən edilmədiyini qeyd etmək lazımdır”, – deyə o, qeyd edib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"