“Vallah, belə olmaz!" - "Pişik Günel"dən meyxanaçıların cərimələnməsinə reaksiya 

img

31-08-2020 [17:13]


Meyxanaçı Vüqar Biləcərinin dəfnindən sonra 60 nəfərin, o cümlədən, bir sıra məşhur meyxanaçıların bölməyə aparılıb cərimələnməsi müğənni Günel Ələkbərovanı (Pişik Günel) qəzəbləndirib.

İfaçı yasda cərimələnənlərə görə təəssüf hissi keçirdiyini bildirib:

“Vallah, belə olmaz! İnsanlar ölüsünə ağlayıb, onu urvatlı şəkildə son mənzilə yola da sala bilmir. İnsanlar bir-birlərinə hörmətlərini məhz xeyir-şərlərinə getmələri ilə bildirirlər. Axı biz insanıq, robot deyilik. Toyu anladıq, amma yas gözlənilmədən baş verən hadisədir. Bu məsələdə insanların ölüsünə hörmət olmalıdır. Bu insanlar əzizlərini itirib. Onların nələr çəkdiyini yayılan videolardan da aydın görmək olurdu. Zərbə alan insana bunu etmək insanlığa sığmaz. Bu kimi şeylər insanları bir-birindən uzaqlaşdırır, yadlaşdırır. Allah özü bizim köməyimiz olsun. Cavan ustada da Allah rəhmət eləsin. Əzizlərinə və ailəsinə Allahdan səbr diləyirəm”. 

Xatırladaq ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan 60  nəfər rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuş və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar/Yenisabah.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR