İranda çempiona qarşı iki dəfə ölüm hökmü çıxarılıb

img

31-08-2020 [16:50]


İranın ali məhkəməsi güləş üzrə milli çempionatın qalibi və mükafatçısı Nəvid Əfkari barəsində çıxarılan ölüm hökmünü təsdiqləyib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, onun iki qardaşı uzun müddətə azadlıqdan məhrum edilib. Qardaşlar müxalifət hərəkatında iştirakda ittiham olunurlar.

Onlar 2018-ci ilin yayında hökumət əleyhinə keçirilən etiraz aksiyalarında qruplaşmalar yaratmaqda, polisin ölümündə və həmin tədbirlərdə fəal iştirakda təqsirli biliniblər. Həmin vaxt ölkədəki iqtisadi vəziyyətin ağırlaşması kütləvi aksiyalar başlamasına səbəb olmuş, nümayişlər güc yolu ilə yatarılmışdı. 

Nəvid Əfkari barəsində 2 dəfə ölüm hökmü çıxarılıb. O, 6 ay azadlıqdan məhrum edilib və ona 74 şallaq cəzası kəsilib. Vahid Əfkari 54,5 il azadlıqdan məhrum edilib, 74 şallaqla cəzalandırılıb. Üçüncü qardaş Həbib Əfkariyə isə 27 il 3 ay iş və 54 şallaq cəzası kəsilib.

Nəvid Əfkari ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O göndərdiyi məktubda işgəncəyə məruz qaldığını, istintaq zamanı təcrdixana əməkdaşlarının onu sellofan torba ilə boğduqlarını və boğazına alkoqollu spirt tökdüklərini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR