Qurban Qurbanov: "Molde" uğurlu qrafiklə yüksəlişdədir"

img

31-08-2020 [15:45]


""Molde" son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir".

Mia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.

O bildirib ki, çox ciddi rəqiblə qarşılaşacaqlar: "Skandinaviya klubları atletik və fiziki cəhətdən yaxşı oyun nümayiş etdirir. Skandinaviya klublarına qarşı təcrübəmiz var, amma futbol standartları hər ötən gün dəyişir. "Molde" son illər stabil çıxış edir və uğurlu qrafiklə yüksəlişdədir. Rəqibi analiz edib, məlumat toplamağa çalışacağıq". 

Qeyd edək ki, "Qarabağ" - "Molde" matçı sentyabrın 15-də və ya 16-da Bakıda keçirilməlidir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR