"“Binə” və “Sədərək” ticarət mərkəzləri açılmalıdır" - Deputatdan açıqlama
31-08-2020 [13:36]
Azərbaycanda bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq.
İlkin mərhələdə ibtidai siniflər orta məktəblərdə əyani təhsil alacaqlar.
Bu il birinci sinfə gedəcək şagirdlərin sayının isə 160 min civarında olduğu deyilir. 15 sentyabra qədər şagirdlərin məktəb ləvazimatları və geyimləri ilə təmin olunması əsas problemlərdən birinə çevrilib.
Belə ki, Təhsil Nazirliyi problemin aradan qaldırılması üçün yarmarkaların təşkil olunacağı ilə bağlı açıqlama versə də, bu yarmarkalarda sıxlığın müşahidə olunacağı və nəticə etibarı ilə yoluxma riskinin artacağı istisna deyil. Mövcud vəziyyətdə “Binə” və “Sədərək” ticarət mərkəzlərinin açılması valideynlər üçün problemin həllindən çıxış yolu ola bilər.
Mia.az-ın məlumatına görə, millət vəkili Vahid Əhmədov BAKU.WS-ə bildirib ki, iri ticarət mərkəzlərinin açılması ilə bağlı təkliflərlə çıxış edib: “Bu barədə mən artıq fikrimi bildirmişəm. Həm rayonlara gediş-gəliş, həm də “Binə” və “Sədərək” ticarət mərkəzlərinin açılması ilə bağlı təkliflərimi irəli sürmüşəm. Əgər şagirdlərin məktəbə gediş-gəlişini elan edir və icazə veririksə, onların ləvazimatla təminatı çox ciddi problem yarada bilər.
Düzdür, yarmarkaların təşkil olunması ilə bağlı fikirlər səsləndirilib. Bu yarmarkalar müəyyən miqdarda problemin öhdəsindən gəlməyə yardım edəcək. Amma unutmaq lazım deyil ki, məktəb ləvazimatları və paltarlar “Binə” və “Sədərək” ticarət mərkəzlərinə topdan-satış şəklində gəlir və paylanılır.
Bu səbəbdən yaxşı olardı ki, iri ticarət mərkəzlərinin açılması məsələsinə baxılsın. Ticarət mərkəzlərində ciddi karantin tədbirləri (maska, əlcək, dezinfeksiya vasitələri və ara məsafə) görülsün. Bu gün bu sahədə yumşalmaya getməyə çox böyük ehtiyac var.
Həm rayonlara gediş-gəliş, həm də iri ticarət mərkəzlərinin açılması çox ciddi məsələdir. Bununla bağlı mən müxtəlif çıxışlar etmişəm və bir daha bildirmək istəyirəm ki, bu sahələrin açılmasına ehtiyac var”.
Almaniya prezietni CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı