Braziliyada COVID-19 qurbanlarının sayı 120 mini keçib

img

30-08-2020 [12:08]


Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 33 548 nəfər olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son sutkada ölkədə daha 858 nəfər ölüb. Bununla ümumi ölüm sayı 120 452 nəfərə yüksəlib.

Braziliyada infeksiyanın yayılmasının bütün vaxtı ərzində koronavirusa 3 846 153 yoluxma aşkar edilib.  

Qeyd edək ki, Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR