“Laura” 16 nəfərin ölümünə səbəb oldu

img

30-08-2020 [09:55]


“Laura” qasırğası ABŞ ərazisini vurub

Qasırğa nəticəsində Luiziana və Texas ştatlarında 16 nəfər həyatını itirib.

Qeyd edilir ki, təbii hadisə nəticəsində onlarla evə, avtomobillərə zərər dəyib, elektrik xətləri qırılıb, ağaclar kökündən qoparaq, şəhərlərdən birinə gedən yolları kəsib.

Qeyd edək ki, qasırğa “həddindən artıq təhlükəli”  kateqoriyasınadək şiddətlənmişdi. “Laura”ya beş ballıq şkala üzrə dördüncü təhlükə kateqoriyası verilib.

“Laura” qasırğası tropik fırtına səviyyəsinə qədər zəifləyib. Hal-hazırda tropik depressiya hesab olunur./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR