Goranboyda avtomobil ağaca çırpıldı, ölən var

img

29-08-2020 [09:54]


Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

hadisə rayonun Xoylu kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan, Goranboy rayon Qaradağlı kənd sakini, 1991-ci il təvəllüdlü Məhərrəm Musayev aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA