Kollecin 67 yaşlı müəllimi öldürüldü - Gəncədə qətl

img

29-08-2020 [09:37]


Gəncədə qətl hadisəsi olub. 

Hadisə Gəncə şəhər Bağbanlar qəsəbəsi, Eti Qurbanov küçəsində qeydə alınıb. 

Belə ki, naməlum şəxs 1953-cü il təvəllüdlü Yusif Dəmirovun ürək nahiyəsindən və sol bazu nahiyəsindən bir neçə bıçaq zərbələri endirib. 

Yaralı aldığı bıçaq zərbələrindən hadisə yerindəcə keçinib.

Qeyd edək ki, Y.Dəmirovun Gəncə şəhər Tibb Kollecinin müəllimi olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub