"Bunların başına Allah daş salsın" - Postda saxlanılan Elnarə Abdullayeva qarğış elədi
28-08-2020 [19:17]
Xəbər verdiyimiz kimi dünən Əməkdar artist Elnarə Abdullayeva Şamaxıya gedərkən postda saxlanılıb və 100 manat cərimə edilərək geri qaytarılıb.
Mia.az xəbər verir ki, E.Abdullayeva məsələyə belə aydınlıq gətirib:
“Əslində, neçə aydır Bakıda evimdə oturmuşam. Xəzər TV kanalının əməkdaşları isti ocağıma soyuq su calayıb, məni götürüb Şamaxıya çəkilişə apardılar, qardaş. Mənə dəqiqə başı zəng vuran isə Dilşad adlı qız idi, inanırsınız adamı yatmağa da qoymadılar. Elə belə də yazın, bunların başına Allah daş salsın. Dedilər çəkiliş edəcəyik, mən də dedim ki, karantində çəkiliş olmaz axı. Dedilər ki, 11 nəfərik, mən də dedim ki, axı bu qədər adamla karantində çəkiliş olmaz. Onlar da dedilər ki, Elnarə xanım, narahat olma, hər şey bizlikdi.
Mən dəhşət qorxağam, xəstəliyə görə heç yerə getmirəm. Dedim ki, onda sənədləri düzəldin ki, postda söz-söhbət olmasın, mən söz götürən adam deyiləm və polisin də işinə qarışa bilmərəm. Bu, polisin vəzifə borcudur, mən sənin işinə hörmət qoymasam, sən də mənim işimə hörmət qoymazsan. Adi süpürgəçidən tutmuş, aliminə kimi gərək insan bir-birinin sənətinə hörmətlə yanaşsın.
Postda onlar keçdi və mən də sənədlərimi təqdim etdim. Polis əməkdaşı dedi ki, siz geri qayıdın. Dedim ki, çəkilişə getməyimizlə bağlı sizə deyilib axı. Polis əməkdaşı dedi ki, portalda adınız yoxdur. Televiziya əməkdaşları da maşından düşüb yanıma gəldilər. Orda mən də çox əsəbiləşdim. Bütün baş verənlər Xəzər TV-nin işçilərinin ucbatından olub. Orda əsəbiləşdiyimə görə məni 100 manat da cərimələdilər. Evə gələndən sonra gördüm televiziya işçiləri yenə arxamca gəliblər və deyirlər ki, durun təzədən yola düşürük. Dedim ki, heç yerə getmirəm.
Həmin vaxt məni polis bölməsinə dəvət etdilər ki, cərimə yazılmasına aydınlıq gətirsinlər. Mən də bu işçilərə dedim ki, polis bölməsinə çağırıblar, ora gedirəm. Getdim bölmədə yoldaşlarla söhbət etdim. Bunlar təzədən məni Şamaxıya apardılar və posta çatanda dedim ki, indi siz keçirin məni, polis əməkdaşı yenə bizi geri qaytardı. Dedim ki, rəis, keçmək olmaz, dedi ki, yox. Dedim gördünüz olmaz, ay başınıza daş düşsün.
Əslində, bütün günahlar Xəzər TV-nin işçilərindədir. Adama deyərlər apara bilirsən məni apar, əgər yox bacarmırsansa, nə gəlib tülkülənirsən, bütün sinirlərimi pozursan. Bu danışdıqlarımdan o yana başqa bir şey yoxdur. Polis əməkdaşları mənə 100 manat cərimə ediblər, protokolun şəkilini çəkib Xəzər TV-nin işçilərinə atdım və dedim ki, gedin cəhənnəm olun cəriməni ödəyin. Mən niyə ödəyirəm? Yüz manatım var karantində? Niyə məni ora-bura dartırlar, belə müsibət olar? Mən onsuz da neçə aylar idi rayondaydım. Rayondan Bakıya gətirdilər məni, indi uşaqlarım da qalıb rayonda. Neçə ay idi şor-çörəyimi yeyib rayonda oturmuşdum da”. /Moderator.az
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏÖZİFƏDƏN AZAD OLUNDU - Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı