Baş Prokurorluq: Suallar videoçarxlar vasitəsilə cavablandırılacaq

img

28-08-2020 [11:53]


Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq, müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim həyata keçirilməkdədir.

Bu barədə Mia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədi ilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı sualların cavablandırılması qərara alınıb: 

"Bu məqsədlə prokurorluğun bütün fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması təmin olunacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA