Ukraynada hərəkat üzvləri gülləbaran edildi: ölən, yaralanan və girov götürülənlər var

img

27-08-2020 [23:43]


Kiyev-Xarkov şossesində içərisində “Vətənpərvərlər – Həyat naminə” ictimai hərəkatının üzvlərinin olduğu mikroavtobus atəşə tutulub.

Bu barədə Ukrayna Radasının deputatı İlya Kiva özünün feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, hücum zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb, şəxsiyyətləri hələlik bilinməyən bir neçə nəfər isə girov götürülüb. Silahlı hücumun “Azov” batalyonunun nümayəndələri tərəfindən edildiyi bildirilir.

Polis faktla bağlı araşdırmalara başlayıb/Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR