Avropa Liqası: "Neftçi" növbəti mərhələyə yüksəldi, "Sumqayıt" isə tura erkən vida etdi

img

27-08-2020 [21:59]


Bu gün "Neftçi" UEFA Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi" ilə qarşılaşıb.

Strateq.az xəbər verir ki,  "Bakcell Arena"da baş tutan oyunda "Neftçi"nin 2:1 hesablı qələbə qazanıb.

Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. 66-cı dəqiqədə "Neftçi"nin belçikalı legioneri Sabir Burqin hesabı açıb. 70-ci dəqiqədə qonaqların heyətində Omar Qudiabi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 88-ci dəqiqədə Anton Krivotsyuk ikinci qolu "Şkupi"nin qapısından keçirib. 90+1 -ci dəqiqədə isə Dembo Darbo hesab arasındakı fərqi azaldıb.

Beləliklə, "Neftçi" Avropa Liqasında II təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. Bu raundun püşkü avqustun 31-də atılacaq.

Digər təmsilçimiz "Sumqayıt" isə Avropa Liqasının I təsnifat mərhələsinin oyununda Şimali Makedoniya "Şkendiya"sını qəbul edib. "Kapital Bank Arena"da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. 

Hər iki qol penaltidən vurulub. Hesabı 56-cı dəqiqədə Besart İbrahimi açıb. O, "Sumqayıt"ın kapitanı Vurğun Hüseynovun kobud oyunundan sonra təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 89-cu dəqiqədə isə Tellur Mütəllimov kobud oyun səbəbindən ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu dəfə penaltidən Lyupçe Doriyev yararlanıb. 

Beləliklə, "Sumqayıt" Avropa Liqası ilə erkən vidalaşıb.  


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR