Emin Əmrullayevdən məktəb formaları ilə bağlı açıqlama: "Əvvəl necə idisə, bundan sonra da elə olacaq" 

img

27-08-2020 [18:32]


"Məktəbli formasının satışı və alışı ilə bağlı yeni tədris ili müddətində hər hansı problemin olması gözlənilmir. Proses bu günə qədər necə idisə, bundan sonra da elə olacaq". 

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bununla bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. 

Nazir eyni zamanda I sinif və məktəbəhazırlıq qrupları üçün sənəd verənlərin sağlamlıq haqqında arayış alması ilə bağlı poliklinikadan alınması məsələsində hər hansı güzəştin olmasının araşdırıla biləcəyini bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA