Gələn həftə Bakının bəzi məktəbləri üzrə dərslər başlayır

img

27-08-2020 [11:49]


Azərbaycanda fəaliyyət göstərən bəzi özəl liseylərdə sentyabr ayının 1-dən dərslərə start verilir.

Bununla bağlı lisey rəhbərliyi təhsil ocağının işçi heyətinə məlumat verib.

Həmçinin valideynlərə dərslərin onlayn qaydada başlayacağı ilə bağlı bildiriş göndərilib.

Liseylərin inzibati binasında tədris sisteminin nə zaman başlayacağı məsələsinə gəlincə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq.

Xatırladaq ki, Qərargahın müvafiq qərarı ilə koronavirus pandemiyası səbəbindən Azərbaycanda martın 3-dən etibarən ölkədə tədris prosesi dayandırılıb və tətilə (iyunun 15-dək) dərslər onlayn qaydada keçirilirdi.

Ölkənin digər ümumtəhsil məktəblərininin tədris prosesinə sentyabrın 15-də başlayacağı gözlənilir. Dərslərin hansı qaydada keçiriləcəyi ilə bağlı hələlik yekun qərar verilməyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA