ABŞ 24 Çin şirkətinə sanksiya tətbiq edir - Səbəb

img

26-08-2020 [17:27]


ABŞ Çin şirkətlərinə sanksiya tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib. 

"Dövlət Departamenti bu gündən Cənubi Çin dənizindəki mübahisəli süni adalarda yenidənqurma, tikinti və hərbiləşdirilmə prosesinə görə məsuliyyət daşıyan şəxslərə qarşı viza qadağası tətbiq etməyə başlayır.  Bu şəxslər artıq ABŞ-da qəbul edilməyəcək və viza məhdudiyyətləri onların ailə üzvlərinə də tətbiq oluna bilər.  Bundan əlavə, Ticarət Nazirliyi Çin hərbi qüvvələrinin Cənubi Çin dənizində beynəlxalq səviyyədə pislənilən süni adaların inşasına və hərbiləşdirməsinə kömək etdiyi üçün 24 Çin şirkətində sanksiyalar tətbiq edəcək", Dövlət Departamentin yaydığı bəyanatda bildirilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR