Türkiyədə yeni futbol liqası yaradıldı

img

25-08-2020 [20:44]


Türkiyə Futbol Federasiyası (TFF) ölkədə yeni liqanın təsis edilməsi ilə bağlı qərar qəbul edib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, B Komandalar Liqası adlanan yeni çempionatda Super Liqa təmsilçiləri iştirak edəcəklər.

Liqada çıxış etməklə bağlı klublar müstəqil qərar verəcəklər. Yarışda elita təmsilçilərinin yerli və əcnəbi oyunçuları ilə yanaşı, gənc futbolçuları da mübarizə apara biləcəklər.

Mövsümün sonunda çempion komanda 5 milyon, ikinci yerin sahibi 3 milyon, 3-cü pilləni tutan klub isə 2 milyon türk lirəsi qazanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA