Təhsil Şöbəsinin müdiri karantin rejimində qızına nişan etdi, cərimə olundu - VİDEO

img

25-08-2020 [18:45]


Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova qızı Mehparə Əzizovaya karantin zamanı nişan etdiyi üçün cəzalandırılıb.

Mia.az xəbər verir ki, bu barədə Oxu.Az-a Mətanət Misirxanova özü məlumat verib.

O qeyd edib ki, sözügedən məclis 23 may 2020-ci ildə keçirilib:

“Nişan mərasimi öz evimdə, yalnız ailə üzvlərimizin iştirakı ilə keçirilib. Məclisdə ailədən kənar heç kim olmayıb.

Nişanda qız və oğlan evi birgə 18 nəfər olub. Karantin qaydalarını pozduğuma görə haqqımda Ağdam Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edilib”.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA