Azərbaycan Rusiyadan koronavirus dərmanı ala bilər

img

25-08-2020 [18:23]


Rusiyanın istehsal etdiyi koronavirus dərmanı beynəlxalq miqyasda təsdiqləndikdən sonra Azərbaycan bu dərmanı idxal edə bilər.

Bu barədə TASS-a müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

“Dərmanı almağa maraqlı olduğumuz üçün “Sputnik V” peyvənd dərmanının, ilk növbədə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləndikdən sonra bu sahədə əməkdaşlıq etmək barədə rusiyalı həmkarların təkliflərinə baxa bilərik”, - nazir deyib.

Nazir Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının üzv ölkəsi olaraq koronavirusun müalicəsilə bağlı həmin qurumun tövsiyələrinə və üsuluna əməl etdiyini vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA