Ter-Petrosyan Sərkisyanı istefaya çağırdı

img

01-11-2013 [15:12]


"Serj Sərkisyanın istefası alternativsizdir.” SalamNews-un verdiyi xəbərə görə, Ermənistanın ilk prezidenti, Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyanın bu fikrini "Ilur.am” sitat gətirib.

"Sərkisyan, həqiqətən, Ermənistan və "DQR”-in gələcəyini düşünürsə, məhz bu addımı atmalıdır. O istər şəxsi, istərsə də millətin rifahı üçün əldə olan, demək olar, hər şeyi itirib. Mən bu qənaətə Sərkisyanın köhnə səhvləri əsasında gəlməmişəm. Mən sadəcə, onun gələcəkdə Ermənistan və Arsax üçün yaxşı heç bir şey edə bilməyəcəyini düşünürəm”, – Petrosyan deyib.

Eks-prezidentin sözlərinə görə, Sərkisyanın avantürist axtarışları nəticəsində Ermənistan həm Qərb, həm də Rusiyanın nəzərində etibarsız tərəfdaş imici qazanıb: "Hazırkı vəziyyət Ermənistan və "DQR” üçün pis nəticələrə gətirib çıxara bilər. Ermənistanın imicini bərpa etmək üçün köklü islahatlar aparılmalıdır ki, belə bir addımı da Sərkisyandan gözləmək olmaz. O, yalnız şəxsi zənginliyinin artması və hakimiyyəti əlində saxlamasına xidmət edən ideal idarəetmə sistemi yaradıb. Sərkisyan üzərində oturduğu budağı sındıracaq qədər axmaq deyil.”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA