Qurban Qurbanov "Şerif”lə keçiriləcək oyundan danışdı: "Bu matç da bizim üçün vacibdir"
25-08-2020 [14:43]
“Bütün oyunlar olduğu kimi, bu matç da bizim üçün vacibdir. Xüsusən də, bu il diqqətli olmalıyıq”
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova çempionu “Şerif”lə keçiriləcək oyun barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis qarşılaşma öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan mətbuat konfransında sabahkı görüşü dəyərləndirib: “Bir oyun nəticəni həll edir. Yaxşı, təcrübəli komandaya qarşı oynayırıq”.
- Mətbuatda belə fikir səslənir ki, “Şerif” əvvəlki kimi güclü deyil...
- Belə fikirlər həmişə olur. İllər ötdükcə klub böyüyür, futbolçular daha təcrübəli olur. Bu fikirlə razı deyiləm. Hər iki komandanın kifayət qədər təcrübəsi var. Hər oyun bizim üçün çətin olur. Bəzi fikirlərin dəfələrlə əksini görmüşük.
- Ot örtüyü sanki bir qədər yaxşıdır...
- İnşallah, pis olmayacaq. Ümid edirəm ki, sabah ot örtüyü daha yaxşı olacaq.
- Abdullah Zubir son vaxtlar formada deyil. Onun durumu nə yerdədir?
- Zubirin oyun sistemimizə böyük faydası var. Oyunçulardan indi əvvəlki performansı tələb edə bilmərik. Düşünürəm ki, bu oyunda daha yaxşı Zubir görəcəyik.
- Sabah psixoloji durum, yoxsa meydandakı durumu həlledici olacaq?
- Bunları heç vaxt ayırmamışam. Çünki hər ikisi bir-birini tamamlayır. İnşallah, sabah hər şey yerində olacaq.
- Rəşad Sadıqovun yoxluğunu hiss edirsinizmi? Kevin Medina ilə onun müqayisəsini aparsaq, hansı qənaətə gəlmək olar?
- Rəşadın meydanda yoxluğunu bütün Azərbaycan futbolu hiss edəcək. İstərdim ki, Rəşad kimi lider hər komandanın heyətində olsun. Hər bir məşqçi bir və ya bir neçə lideri önə çəkir. Rəşadın meydanda olması mənim üçün böyük kömək idi. Medina ilə Rəşad fərqli oyunçulardır, hərəsinin öz üslubu var. Rəşaddan fərqli faydalanırdıqsa, Kevindən fərqli şeylər tələb edirik. O, hələ tam uyğunlaşmayıb. Amma müdafiə xəttini gücləndirəcək oyunçudur. Nadir hallarda oyunçuları bənzətmək olur.
- “Qarabağ”ın yaxşı hücumçuya ehtiyacı var. Sabah ön xətti necə dolduracaqsınız?
- Mahir Emrelinin oyunundan tam razıyam. O, ildən-ilə inkişaf edən yaş dövründədir. Son vaxtlar daha peşəkar olub. Belə davam etsə, daha yaxşı Mahir görəcəyik. Belə oynamaq onun borcudur. Mahir əvvəl cavan idi, təcrübəsi çatmırdı. Amma indi cavan və təcrübəli oyunçudur. Təbii ki, bir neçə oyunçu olarsa, komandaya faydası çox olar.
- Qapıda kim dayanacaq?
- Emin və Şahruddindən biri (gülür).
- Belə görünür “Şerif”lə oyuna transfer yetişməyəcək...
- Bu oyuna mümkün olmayacaq. Amma gələn oyuna ümid edirəm ki, alınacaq. Danışıqlar müsbətə doğru gedir. Orta sahəyə yeni oyunçu olacaq.
- Oğlunuz Musa Qurbanlının “Zirə”yə yollanmaq ehtimalı var?
- Komandada olan gənclər hələ bizimlədirlər. Böyük ehtimalla burada da olacaqlar/APAsport.
Prokuror Ayşe Barımın azadlığa buraxılmasına etiraz edib
Dollar 4.1, qızıl 2.4 milyard... - Türkiyə Mərkəzi Bankın valyuta ehtiyatları rekord həddə çatıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İlham Əliyevlə Paşinyan nəyi müzakirə edib? - TƏHLİL
QHT sədrlərinin işi məhkəməyə göndərilib
Türkiyədə zəlzələ olub - 5 bal gücündə
Azərbaycan Prezidenti Antonio Koşta və Ursula Fon der Lyayen ilə görüşüb - FOTOLAR (YENİLƏNİB)
Yevlaxda 29 yaşlı şəxs öldürülüb
Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olunub
Səlahəddin Dəmirtaş azadlığa buraxılır? - MHP-dən anons verildi
Əmrullayev iki mühim vəzifəni onlara həvalə etdi
İran İsrail ordusunun humanitar flotiliyaya hücumlarını pisləyib
Zelenski: Ukrayna, Balkan ölkələri və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləmək vacibdir
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılışı və plenar sessiyasında - (YENİLƏNİB)
İsrail səfiri İspaniya XİN-ə çağırılıb
Tramp Kim Çen Inla görüşə bilər
Fransa Prezidenti İlham Əliyevi və Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib
De Rossi "Torino" ilə danışıqlar aparır
Sabahın hava proqnozu açıqlanıb
Xavi Hernandez "Mançester Yunayted"ə keçir? - Təcrübəli məşqçi hazır olduğunu bildirib
Viktor Orban: Azərbaycan Avropa İttifaqı üçün qızıl ehtiyatıdır
Antonio Koşta: Prezident İlham Əliyevlə konstruktiv müzakirə apardıq
İlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb - (YENİLƏNİB)
"Amedspor" baş məşqçisi ilə yollarını ayırıb
Ədliyyə naziri Gəncədə vətəndaşları qəbul edəcək
"Arsenal" Salibanın müqaviləsini yeniləyib
Bağçalara növbəyə yazılma prosesi başlayır
Zelenski Kopenhagendə Avropa liderləri ilə görüşəcək
Şimali Koreya böyükmiqyaslı hərbi parada hazırlaşır
Pakistan İsrailin "Sumud" flotiliyasına hücumunu pisləyib
Azərbaycan nefti ucuzlaşıb
İsrail hərbçiləri təcili yardım əməkdaşlarına hücum edib
Prezident İlham Əliyev Kopenhagendə Maya Sandu ilə görüşüb - FOTO
İsrailin Qəzzaya gecə hücumu: 73 nəfər ölüb
Prezident İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib - FOTOLAR
"Nitsa"nın baş məşqçisi: ""Fənərbağça" matçın favoritidir"
Vyetnamada qasırğa: 29 nəfər ölüb, 22 nəfər yoxa çıxıb