Təhsil Nazirliyi: "96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək"

img

25-08-2020 [14:19]


28-29 avqustda müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan və apellyasiya müraciəti edən 96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, təkrar müsahibənin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifəsinə artıq göndərilib.

Apellyasiya müraciəti etmiş namizədlərin əvvəlki müsahibə videogörüntülərinə müvafiq komissiyalar tərəfindən baxılacaq və namizədlərə təkrar onlayn müsahibədə iştirak etmək üçün şərait yaradılacaq. Bu mərhələdə uğur qazanmış namizədlər ötən tədris ilində müddətli əmək müqaviləsi ilə işlədikləri təhsil müəssisəsinə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi əsasında işə qəbul ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA