Neftin qiyməti yaxın gələcəkdə 45-65 dollar səviyyəsində dəyişəcək

img

25-08-2020 [13:49]


Koronavirus pandemiyası nəticəsində dünya neft və qaz bazarında bu ilin birinci yarısında baş verən kəskin geriləmə bu sektora uzun müddət ərzində təsir göstərərək inkişaf etmiş ölkələrdə enerji sərfiyyatında dəyişikliklərə gətirib çıxaracaq.

“Moody’s” beynəlxalq reytinq agentliyinin bu barədəki məlumatına görə, neft və qaza tələbatın bundan sonra necə olacağı müəmmalı qaldığı üçün neft-qaz sektorunun inkişafı da ləngiyəcək. Dünya iqtisadiyyatında, xüsusilə də ABŞ, Çin və Cənub-Şərqi Asiya bazarlarında dirçəlmənin baş verməsi karbohidrogenlərə tələbatın da artmasını şərtləndirəcək.

Agentliyin fikrincə, bazarda tarazlığın əldə edilməsi, yəni tələbatın təklifi üstələməsi üçün OPEC+ formatının iştirakçısı ölkələri hasilatın ixtisarına dair məlum razılaşmaya azı iki il ərzində dəqiq əməl etmələri zəruridir. Neftin qiymətinin xeyli dəyişkən olacağını qeyd edən “Moody’s” orta gələcək üçün daha əvvəl verdiyi 45-65 ABŞ dolları səviyyəsindəki proqnozunu qüvvədə saxlayıb.

Neft qiymətləri artmağa davam edərək 50 dollar həddinə çatarsa, bəzi istehsalçı ölkələrin şist yataqlarında hasilata qayıda biləcəyini qeyd edən ekspertlərin fikrincə, iqtisadiyyat daha sürətlə dirçəlsə, yaxud koronavirusa qarşı təsirli dərman tapılsa, neftin qiyməti müvəqqəti olaraq orta müddətli proqnozdakı səviyyədən yuxarı qalxa bilər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR