BQXK əsir götürülən erməni diversantla əlaqədar danışıqlara başlayıb

img

25-08-2020 [13:38]


“Beynəlxalq Qızıl Xaç Komitəsi hər iki tərəfin müvafiq qurumları ilə bu məsələ ilə bağlı əlaqədədir. Hazırda bu məsələ ilə bağlı dialoq gedir”.

Bunu “Report”a Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi barədə danışarkən bildirib.

“Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına əsasən, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkir, bu şəxslərə olan rəftarı və onların saxlanma şəraitinə monitorinq edir və həmçinin bu şəxslərə ailə əlaqələrini saxlamağa köməklik göstərir”, - İ.Hüseynova əlavə edib.

Xatırladaq ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyan əsir götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA