“Dövlət satınalamalarında şəffaflıq” mövzusunda Tədqiqat Hesabatı hazırlanıb

img

17-07-2020 [13:31]


“Şəffaflıq Azərbaycan”  Korrupsiyaya Qarşı Mübarizə İB ekspertləri Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Dövlət satınalmalarında şəffaflığın artırılması” təşəbbüsü  üzrə “Dövlət satınalamalarında Şəffaflıq” mövzusunda Tədqiqat Hesabatı  hazırlayıblar.

Tədqiqat Hesabatında Azərbaycan Respublikasında dövlət satınalmalarında şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində  çatışmazlıqlar, boşluqların təhlili aparılıb, korrupsiya riski yaradan, korrupsiya sövdələşmələrinə və subyektiv qərarların verilməsinə yol açan müddəalar müəyəynləşdirilib, şəffaflıq mexanizmlərinin effektivliyi qiymətləndirilib.

Hesabat həmçinin Dövlət satınalmalarında şəffaflıq sisteminin təkmilləşdirilməsi üçün təklifləri əks etdirir. Beynəlxalq təcrübənin analizi və Azərbaycan təcrübəsində E-satınalamların Vahid  Elektron Portalının monitorinqi əsasında  İctimai nəzarətin təşkili üçün  təkliflər hazırlanıb və təqdim olunub.

Bu Hesabatda  hazırlanmasında Şəffaflıq Azərbaycanın  2016-2018-ci illərdə dövlət satınalmalarında şəffaflıq mexanizmləri bağlı apardığı tədqiqatlardan da  istifadə olunub.

Tədqiqat Hesabatı AR Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyinə təqdim olunub.

Hesabatla buradan tanış ola bilərsiniz: 

http://kafondu.org/wp-content/uploads/2020/08/Satinalamalar_Hesabat_T%C4%B0_Azerbaijan_New.pdf

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub