Çində koronavirusa qarşı qeyri-adi peyvəndin sınaqlarına başlanılıb

img

25-08-2020 [12:24]


Çində koronavirusa qarşı qeyri-adi bir peyvəndin sınaqlarına başlanılıb.

Bu, böcək hüceyrələrinə əsaslanan rekombinant (genetik olaraq hazırlanmış) bir peyvənddir.

Mia.az-ın məlumatına görə, Lent.az xarici KİV-ə istinadla bildirir ki, peyvənd Siçuan Universitetində hazırlanıb və onun əməkdaşları artıq meymunlarda və digər heyvanlarda sınaqdan keçiriblər. Ciddi yan təsirləri bu günə qədər məlum deyil.

Testlərin nəticələri hələ açıqlanmasa da, ildə ən azı 100 milyon dəst istehsal etməyə artıq hazırlıq gedir.

Rəsmi dövlət qurumları bu peyvəndin klinik sınaqlarının başlamasını təsdiqləyib.

Vaşinqton Universitetinin Tibb Məktəbi də öz peyvəndini təqdim edib. O, burun vasitəsilə bir dozada qəbul edilə bilər.

Dərmanın siçanlardakı testləri, adi enjeksiyonlara nisbətən koronavirusa həssas olan məməlilərdə infeksiyanın qarşısını almaqda daha təsirli olduğunu göstərib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA