Avropa İttifaqının 6 tərəfdaş ölkəsi Rusiyaya qarşı sanksiya qərarına qoşuldu

img

25-08-2020 [10:04]


Avropa İttifaqının (Aİ) altı tərəfdaş ölkəsi Krımın Rusiya Federasiyasına birləşdirilməsinin tanınmamasına dair Aİ strategiyası çərçivəsində Rusiyaya qarşı sanksiyaların bir il müddətinə uzadılması ilə bağlı Avropa Şurasının qərarına qoşulduqlarını təsdiqləyiblər.

Bu barədə Aİ-nin xarici siyasət xidmətinin yaydığı bəyanatda deyilir.

“Namizəd ölkələr Monteneqro və Albaniya, Avropa azad ticarət bölgəsinin üzvləri – Norveç və İslandiya, həmçinin Ukrayna və Gürcüstan Avropa Şurasının sanksiyaların müddətinin 18 iyun 2020-ci il tarixindən 23 iyun 2021-ci ilə qədər uzadılması ilə bağlı qərarına qoşulduqlarını bildiriblər”, - bəyanatda belə deyilir.

Bu altı ölkə Avropanın Rusiyaya qarşı sanksiya rejiminə yarandığı 2014-cü ildən qoşulub və sanksiyaların hər dəfə uzadılması qərarını bir daha təsdiqləyirlər. Aİ əvvəlcə azı daha bir namizəd ölkənin – Türkiyənin də sanksiya rejiminə qoşulacağına ümid edirdi, ancaq Ankara bundan dərhal imtina edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR