8 qat olimpiya çempionunda koronavirus aşkarlanıb

img

24-08-2020 [21:27]


Yüngül atletika üzrə 8 qat olimpiya çempionu Useyn Boltda koronavirus aşkarlanıb.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, yamaykalı atletdən götürülən analizin nəticəsi müsbət çıxıb. O, dərhal evində karantinə alınıb.

Avqustun 21-də 34 yaşı tamam olan tanınmış idmançının virusa ad günü münasibətilə təşkil etdiyi məclisdə yoluxduğu ehtimal olunur. Ziyafətdə İngiltərə millisinin və "Mançester Siti"nin hücumçusu Rahim Sterlinq və Almaniya "Bayer"inin futbolçusu Leon Beyli də iştirak ediblər.

Qeyd edək ki, Useyn Bolt eyni zamanda 11 dəfə dünya çempionu tituluna sahib çıxıb. O, 8 qat dünya rekordçusudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA