Belarusla Litva arasında sərhəddəki insidentlə bağlı gərginlik böyüyür - Bu dəfə Minsk Litvaya nota verdi

img

24-08-2020 [17:49]


Belarus sərhəddəki insidentlə bağlı Litvaya nota verib.

Bu barədə məlumatı Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz verib.

“Belarus tərəfi bu faktı planlaşdırılmış bir təxribat kimi qiymətləndirir və hadisənin Vilnüs tərəfindən düzgün araşdırılacağını, gələcəkdə bunun təkrarlanmaması üçün tədbirlər görüləcəyini gözləyir”, - A.Qlaz vurğulayıb.

Xatırladaq ki, ötən gün Litvadan Belarus ərazisinə 8 hava şarı buraxılıb. Belarus Müdafiə Nazirliyinin bugünkü açıqlamasında həmin şarların helikopter vasitəsilə zərərsizləşdirildiyi bildirilib. Elə həmin gün Litva XİN hava sərhədinin pozulması ilə əlaqədar rəsmi Minskə nota verib/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR