Lukaşenkonun rəqibi Avropa Parlamentində çıxış edəcək

img

24-08-2020 [16:02]


Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovksaya avqustun 25-də Avropa Parlamentində çıxış edəcək.

Bu barədə məlumatı Avropa Parlamentinin Mətbuat Xidməti yayıb.

“Avqustun 25-də xanım Tixanovskaya Xarici işlər komitəsinin Brüsseldəki iclasında videobağlantı üzərindən çıxış edəcək”, - məlumatda bildirilib.

İclasda həmçinin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmid də iştirak edəcək.

İclasın yekununda Avropa Parlamentinin sentyabrdakı plenar sessiyasında səsverməyə qoyulacaq Belarus üzrə qətnamənin hazırlanacağı gözlənilir.

Qeyd edək ki, Avropa Parlamentinin qətnamələri tövsiyə xarakteri daşıyır və onun icrası hətta Avropa İttifaqının qurumları üçün də məcburi deyil/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR